Xərçəng xəstəliyinin əvvəlki illərə nisbətən artması demoqrafiq vəziyyətlə bağlıdır.
Bunu Oxu.Az-a açıqlamasına Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.
Azad Kərimli 49154 onkoloji xəstənin qeydiyyatda olduğunu bildirib:
“2013-ci ildə onkoloji xəstələr çox az idi. Həmin ildə ilk dəfə doqquz min xəstə qeydiyyata alınmışdı. 2018-ci ildə 11426 nəfər qeydiyyata götürülüb. Göründüyü kimi, artım var. Hazırda isə 49154 nəfər qeydiyyatda olan onkoloji xəstə var”.
Baş həkim 18641 nəfərin beş il və ondan yuxarı yaşayanlar olduğunu qeyd edib:
“Həmin insanlar arasında 20, 22, 25, 30 və ya daha çox yaşayanlar var”