İqtisadiyyat Manşet

Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər

Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir