Manşet Siyasət

Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Bakıda sərgi açılıb

Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Bakıda xalça sərgisi açılıb.

“Zirvə yolu” xəbər verir ki, tədbir Avropa İttifaqı, World Crafts Council Europe və The Creative Europe Programme-ın dəstəyi ilə təşkil olunub.

Sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsi, həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənətini və məktəblərini təbliğ etməkdir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun sözlərinə görə, ziyarətçilər sərgidə həm qədim, həm də müasir xalçalarla tanış ola biləcəklər.

World Crafts Council Europe-un Azərbaycan üzrə nümayəndəsi Sona Quliyeva sərginin Azərbaycanda ilk dəfə olaraq Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində keçirildiyini bildirib.

Qeyd edək ki, Bədii Sənətkarlıq Günləri 2002-ci ildə təsis edilib. 2012-ci ildən etibarən Avropa Bədii Sənətkarlıq Günləri (EACD) adlanan bu tədbirdə 2023-cü ildən 24 ölkə iştirak edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir