Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan türkiyəli tələbələrin problemləri ilə maraqlanıb.
“Zirvə yolu” xəbər verir ki, diplomat bu barədə tviterdə yazıb.
O, universitetin rektoru Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı səhiyyə və təhsil sahəsindəki əməkdaşlıq məsələləri də müzakirə olunub.