İqtisadiyyat Manşet

Qazaxıstanın əmtəə istehsalçılarından ibarət iqtisadi-ticarət missiyası Bakıya səfər edəcək

Qazaxıstanın əmtəə istehsalçılarından ibarət iqtisadi-ticarət missiyası gələn həftə Bakıya gələcək.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevin rəhbərlik edəcəyi nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 5-də Bakıda tədbir keçiriləcək. Tədbirin məqsədi Qazaxıstan şirkətləri ilə Azərbaycanın potensial idxalçıları, treyderləri və distribütorları arasında birbaşa əlaqələrin qurulması, ticarət əlaqələrinin intensivləşdirilməsidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir