İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
“Zirvə yolu” xəbər verir ki, bunu E.Kohen tviterdə yazıb.
O bildirib ki, İsrail vətəndaşlarının ABŞ-a vizasız səfəri məsələsini müzakirə ediblər.
“ABŞ ilə münasibətlər bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Biz dostlarımızla dialoqu genişləndirmək üçün çalışacağıq”, – İsrailin XİN başçısı vurğulayıb.
Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netenyahu bildirmişdi ki, İsrail vətəndaşlarının ABŞ-a səfəri üçün bütün qanuni tələblər yerinə yetirilib.