Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb.
“Mən BMT TŞ-nin hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram”, – Kuleba vurğulayıb.
Qeyd edək ki, bu gün BMT TŞ-yə sədrlik Rusiyaya keçib.