Dünya Manşet

“Sky”: Əfqanıstanda üç Britaniya vətəndaşı həbsdə saxlanılır

Əfqanıstan hakimiyyəti Böyük Britaniyanın üç vətəndaşını həbsdə saxlayır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Krallığın “Sky News” telekanalı məlumat yayıb.

Britaniyanın Xarici İşlər Nazirliyi 2021-ci ilin avqustundan “Taliban” hərəkatının hakimiyyətdə olduğu ölkədə həqiqətən də bir neçə britaniyalının saxlanıldığını təsdiqləyib.

“Biz Əfqanıstanda saxlanılan Britaniya vətəndaşlarının konsulluğa çıxışını təmin etmək və onların ailələrinə dəstək vermək üçün bütün səyləri göstəririk”, – xarici siyasət idarəsi jurnalistlərə bildirib.

Kanalın məlumatına görə, saxlanılanlar arasında qaynar nöqtələrə “turist səfərləri” sayəsində şöhrət qazanmış 23 yaşlı videobloqer Mayls Ratledc də var. O, qərbyönlü hökumətin devrilməsi və “Taliban”ın hakimiyyətə qayıdışı zamanı Kabildə olub və Britaniya hərbçiləri tərəfindən təxliyə edilib. Mart ayında onun Əfqanıstana qayıtdığı güman edilir və o, paylaşımlarını dayandırıb.

Həbsdə olan ikinci Britaniya pasportlu vətəndaş xeyriyyə təşkilatında çalışan 53 yaşlı həkim Kevin Kornueldir. O, yanvarın 11-də “Taliban” kəşfiyyat xidməti tərəfindən saxlanılıb. “Sky News” xəbər verir ki, o, qanunsuz silah saxlamaqda ittiham olunur. Məhbuslara kömək etməyə çalışan “Presidium Network” QHT-sinin nümayəndəsi Skott Riçardsın sözlərinə görə, britaniyalının hotel otağında saxladığı tapança üçün lisenziyası olub, lakin Əfqanıstan təhlükəsizlik qüvvələrinin apardığı axtarış zamanı itə bilərdi. Saxlanılan üçüncü britaniyalı Kabildə hotel müdiridir, adı və saxlanma səbəbləri bəlli deyil.

“İndiyə qədər heç bir ciddi əlaqə olmayıb, beynəlxalq monitorinq agentliklərinin onlara çıxışı yoxdur”, – Riçards bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir