Dünya Manşet

İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib, 5 nəfər yaralanıb

Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib.

“Zirvə yolu” Suriya Ərəb Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb.

Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdiridiyini, lakina buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb.

Suriya müntəzəm olaraq İsrail Müdafiə Ordusunun (İMO) zərbələrini uğurla dəf etdiyini iddia edir, lakin hərbi analitiklər bu iddialara şübhə ilə yanaşırlar. Suriya hərbi mənbəsinin SANA-ya verdiyi məlumata görə, İsrail “Beyrutun şimal-şərq istiqamətindən Hüms şəhəri və onun kəndlərindəki bəzi məntəqələri hədəfə alaraq hava hücumu həyata keçirib”.

Böyük Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Evi partlayışların bir neçə yerdə, o cümlədən Hüms yaxınlığındakı Əl-Dabaa hərbi hava limanında eşidildiyini bildirib. Digər ərazidə isə elmi-tədqiqat mərkəzində yanğın meydana gəlib. Təşkilat qeyd edib ki, zərbələr Suriya ordusunun bir neçə mövqeyini və İranın dəstəklədiyi milisləri hədəf alıb. Qərb kəşfiyyat mənbələri “Reuters”ə bildiriblər ki, zərbələr Suriyanın mərkəzində İran personalının yerləşdiyi bir sıra hava bazalarına endirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir