Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVIII tura yekun vurulacaq.
“Zirvə yolu” xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 20 xalla 9-cu pillədə qərarlaşıb. “Köhlən atlar” 71 xalla liderdir.
Tura Bakıda yekun vurulacaq. “Sabah” avrokuboklara iddialı “Qəbələ”ni qəbul edəcək. Paytaxt təmsilçisi 62 xalla 2-ci, qonaqlar 36 xalla 5-ci sıradadır.
Azərbaycan Premyer Liqası, XXVIII tur
2 aprel (bazar)
15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
18:00. “Sabah”– “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u 3:2, “Kəpəz” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Neftçi” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.