Cəmiyyət

Salyanda yanğında iki azyaşlı qardaş xəsarət alıb, onlardan biri ölüb

Salyan rayonunda yanğın zamanı yanıq xəsarətləri alan iki qardaşdan biri ölüb.

“Zirvə yolu”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub və yanğın söndürülüb.

Ağır yanıq xəsarətləri alan 2018-ci il təvəllüdlü İ. N. hadisə yerində ölüb. 2013-cü il təvəllüdlü İ. İ. müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan İ. İ. Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir