Dünya Manşet

Ərdoğan: “ABŞ səfiri üçün qapılar bağlıdır”

“Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək”-deyə, o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi müxalifətin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir