Fransanın PSJ klubu 22 ildən sonra uğursuzluğu təkrarlayıb.
“Zirvə yolu” xəbər verir ki, hazırkı ölkə çempionu cari ildə keçirdiyi 18 oyunun 8-də məğlub olub.
Paris təmsilçisi son olaraq Liqa 1-in XXIX turunda “Lion”a uduzub – 0:1.
PSJ son olaraq 2001-ci ildə eyni aqibəti yaşayıb. Həmin vaxt komanda ilk 18 görüşün 9-da yenilib.