Sosial

Naxçıvan gömrüyündə VƏTƏNDAŞ ÇİLƏSİ: Hər şey DAHA BETƏR OLUB… – KİM(LƏR) VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR?

Naxçıvanda hakimiyyət dəyişikliyindən sonra yerli sakinlər bəzi müsbət dəyişikliklərə ümidlənmişdi. Gözləntilərdən biri də, sərt gömrük qaydalarının yumuşaltmaqla, əhalinin maddi rifahını yaxşılaşdırmağa şərait yaradılması idi. Lakin, bu ümidlər bəzi sahələrdə olduğu kimi gömrüklərdə də özünü doğrultmadı. Məsələn, Sədərək keçid məntəqəsində qadağa üstünə qadağa tətbiq olunur, əhaliyə əvvəlkindən də az ərzaq keçirməyə icazə verilir.

Əvvəllər Türkiyədən adambaşına ayda iki dəfə 30 kilo istənilən növ ərzaq keçirməyə imkan verilirdisə, indi Sədərək gömrüyü bunu bir dəfəyə endirib. Üstülək, bu məhsulların hərəsindən hansı miqdarda gətirmək qaydasını da gömrük təyin edir. Artıq gətirilən mallar anbara vurulur, buna etiraz edənləri isə, polis tutub aparır. Onlar qaydaları pozmaq adı ilə ya 15 sutkalıq həbsə göndərilir, ya da cərimə olunurlar.

Zirveyolu.info bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib.

Şərur rayon sakini Nizami Mehdiyev deyir ki, bir şüşə qarğıdalı yağına görə, 7 sutkalıq həbs cəzası alıb:

“Ötən ay Türkiyədən gəlirdim. Yeni qoyulan qaydalardan xəbərim yox idi. Gətirdiyim malların içərisində iki ədəd 2 litrlik qarğıdalı yağı var idi. Gömrükdə dedilər ki, yağın biri anbara vurulmalıdır. Bildirdim ki, ailəm böyükdür, ev üçün almışam. Mümkün olmadı. Mən qanuni əsaslar tələb etdim. Onlar heç bir əsas göstərə bilmədikdə, aramızda mübahisə yarandı. Sonra Sədərək Rayon Plis Şöbəsinin əməkdaşlarını çağırdılar. Onlar məni tutub, Sədərək Rayon Məhkəməsinə apardılar. Məhkəmə mənə 7 sutqalıq inzibati həbs qərarı çıxardı. Əvvəllər belə şey yox idi. Uzaqbaşı malı əlindən alıb, çaya atırdılar”.

Digər rayon sakini Fizuli Rəhimov isə iki kiloqram toyuğa görə 150 manat cərimələndiyini deyir:

“Ərzaqları töküb tərəziyə qoydular. Gətirdiyim toyuq əti iki kilo artıq gəldi. Dedilər anbara vurulmalıdır, aparmaq olmaz. Xarab olacağını bildirib, etiraz etdim. Polis gəldi və məni 100 manat cərimələdilər. Dedilər ki, hara istəyirsən get, şikayət elə, tapşırıq yuxarıdan gəlib. ”

Şikayətçi bildirir edib ki, əsas qadağalar gündəlik tələbat olan ərzaq məhsullarına tətbiq olunur. Zəruri olmayan malların çəkisi artıq olanda bir o qədər də üzərinə getmirlər. Sakinlər hesab edir ki, bu qadağalar monopoliyaya görədir.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Məntəqəsi ilə əlaqə saxladıq. Mənqəqədən tətbiq olunan qadağaları təsdiqləsələr də, vətəndaşların həbs və cərimə olunmaları ilə bağlı iddialara cavab vermək istəmədilər. Bu iddialara Sədərək Rayon Pols Şöbəsindən də cavab ala bilmədik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir