İdman

Maks Ferstappen “Formula 1” rəhbərliyini karyerasını bitirməklə hədələyib

“Red Bull” pilotu Maks Ferstappen “Formula 1” rəhbərliyini karyerasını bitirməklə hədələyib.

“Zirvə yolu”nun xarici mətbuata istinadən məlumatına görə, niderlandlı idmançı “Formula 1”in formatında edilən dəyişikliklərdən narazıdır.

26 yaşlı pilot yarışın hazırkı formada davam etdirilməsinin tərəfdarıdır. Ferstappen Azərbaycan Qran Prisində tətbiq edilməsi planlaşdırılan yeni formatın, xüsusən də, sprint yarışının əleyhinədir. O, hesab edir ki, mübarizənin həyəcanlı alınması üçün bütün diqqətlər bazar günlər keçirilən əsas yarışa yönəldilməlidir.

İdmançı dəyişiklik ediləcəyi təqdirdə, “Red Bull”la 2028-ci ilə qədər olan müqaviləsini yeniləməyəcək və sözləşməsi bitdikdən sonra karyerasını başa vuracaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixində keçiriləcək. Təşkilatçılar bu mərhələdə sprint yarışları ilə formatı dəyişdirmək niyyətindədirlər. Təklif qəbul olunarsa, həm sprint, həm də əsas yarış üçün iki ayrı kvalifikasiya olacaq. Ferstappen ilk üç Qran Pridən sonra 69 xalla pilotların yarışına başçılıq edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir