Manşet Siyasət

Azərbaycan və Filippin arasında mədəniyyət sahəsində ilk hökumətlərarası saziş imzalanacaq

Manilada Azərbaycan Mədəniyyət Nazirliyi ilə Filippinin Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında ilk hökumətlərarası saziş imzalanacaq.

“Zirvə yolu” “Manila Times”a istinadən xəbər verir ki, bu barədə Filippində səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat verib.

Bundan başqa, səfər çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçiriləcək.

“Azərbaycan Filippinlə ikitərəfli münasibətləri canlandırmaq istəyir. Buna görə də Azərbaycan mədəniyyət, turizm, ticarət və enerji kimi müxtəlif sahələrdə daha dərin əməkdaşlıq imkanlarını araşdırmağa çalışır”, – E.Məmmədov vurğulayıb.

O xatırladıb ki, 2022-ci ildə Azərbaycan və Filippin arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir