İdman

Azərbaycan sablyaçıları dünya çempionatından tarixi nailiyyətlə qayıdıblar

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb.

“Zirvə yolu”nun məlumatına görə, qılıncoynadanları Heydər Əliyev Beynəlxalq  Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, yarışda Azərbaycanı 4 sablyaçı təmsil edib. Zərifə Hüseynova qızların şəxsi yarışında gümüş medal qazanaraq tarixi uğura imza atıb. Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov isə mundialı medalsız başa vurublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir