“İnşallah növbəti dünya çempionatında qızıl medal qazanacam”.
“Zirvə yolu” xəbər verir ki, bunu Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş yeniyetmə və gənclər arasında qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında gümüş medal qazanan Azərbaycan təmsilçisi Zərifə Hüseynova deyib.
“Çox şadam ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazana bildim. 2021-ci ildə Misirin paytaxtında keçirilən çempionatda bürnc medal qazanmışdım. İnşallah növbəti dünya çempionatında qızıl medal qazanacam”, – Z.Hüseynova qeyd edib.
“Bu yarışda yarımfinal görüşü mənimçün çətin oldu. Əvvəlcə uduzsam da, sonradan güc topladım və qalib gələ bildim. Final döyüşündə çox həyəcanlıydım. Çünki belə alınacağını heç gözləmirdim. Ona görə də həyəcan bir qədər təsir etdi.
Sonda Qılıncoynatma Federasiyasının rəhbərliyinə təşəkkür edir, baş məşqçimiz Çingiz Mustafayevə minnətdarlığımı bildirirəm”, – o əlavə edib.