Almaniyanın “Bavariya” klubu tarixində ilk dəfə doğma meydanda “Frayburq”a uduzub.
“Zirvə yolu” xəbər verir ki, bu, ölkə kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib.
1:2 hesablı məğlubiyyət Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin yeni komandasında ikinci matçı olub.
“Bavariya” bu rəqibə qarşı evdə keçirdiyi əvvəlki 23 görüşdə 20 qələbə və 3 üç heç-heçə əldə etmişdi.