Xəbər verdiyimiz kimi ,Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. Bu mahnılar sırasında müğənni Şəbnəm Tovuzlunun ifa etdiyi “Baldır balam” mahnısı da yer alıb.
Məsələ ilə bağlı ifaçı ilə əlaqə saxlamağa çalışdıq. İfaçının prodüseri Şəhanə İsmayılova Teleqraf.com-a “Baldır balam” mahnısında zərərli vərdişləri təbliğ edən ifadələrin olmadığını bildirib:
“Şəbnəm xanımın ifa etdiyi “Baldır balam” mahnısında zərərli hansı vərdiş təbliğ olunur ki?! Mahnıda “hallanmışam” və sair kimi sözlərdən istifadə edilmir, sadəcə “Baldır balam” deyilir. Mahnıda zərərli vərdiş aşılayan söz yoxdur”.
Qeyd edək ki, siyahı “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb. Orada bir çox müğənnilərin adı çəkilib.