Bu gün Keşlə qəsəbəsi, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Anews.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.