Dünya Manşet

NYT: ABŞ və NATO-nun Ukraynanın hücum hazırlığına dair planları sosial şəbəkəyə sızıb

ABŞ Müdafiə Nazirliyi və NATO-nun Ukrayna hücumunun hazırlanmasına dair məxfi sənədlərinin şəkilləri tviter və teleqrama sızıb, onlar dəyişikliyə məruz qalsa da, lakin qismən orijinal kimi görünür.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə Ağ evdən anonim mənbə bildirib.

Belə ki, sənədləşmə 1 mart tarixinə aiddir, ona görə də planlar o vaxtdan bəri dəyişə bilər. Onlar gələcək hücumun tarixini və yerini qeyd etmirlər. Ancaq onlarda Ukraynanın hücuma hazırlaşmağı planlaşdırdığı neçə briqada və nə qədər texnika alacağı barədə bilgilər var. Şəkillərdə əks olunan sənədlərdə “HIMARS” (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) sursatının gündəlik istehlakı kimi məlumatlar yer alıb.

Qəzet yazıb ki, sənədlərin dəyişikliyə məruz qala biləcəyini slaydlardan birində Rusiyanın ölənlər arasında itkilərinin 16-17 min, Ukraynanın isə 71,5 min olması dəlalət edir. Belə ki, orada Rusiya itkilərinin qiymətləndirməsi gerçəklə uyuşmur. Pentaqon və digər analitiklər Rusiya itkilərinin (ölü və ya yaralı) 200 min civarında olduğunu hesablayıblar. Bundan başqa, martın 17-də BBC-nin rus xidməti açıq mənbələrdən 17 375 nəfərin (ayın əvvəlində bu rəqəm 16 071 olub) adını belə müəyyənləşdirə bilmişdi. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi müharibədə ölən hərbçilərin sayını sonuncu dəfə ötən ilin sentyabrında açıqlayıb – 5 937.

Sosial şəbəkəyə sızan bu saxtalaşdırma Rusiyanın maraqlarına uyğun dezinformasiya cəhdindən xəbər verə bilər. Belə ki, sızan sənədlər rusiyayönlü kanallarda peyda olub.

ABŞ-nin müvafiq qurumları bu sənədlərin silinməsinə nail olmağa çalışsalar da, bu günədək bu, onlarda alınmayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq qəzetə: “Sosial mediadakı postlar barədə məlumatımız var və nazirlik məsələni araşdırır” – açıqlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir