Dünya Manşet

Nigeriyada yaraqlıların kəndə hücumu nəticəsində azı 50 nəfər ölüb

Nigeriyanın cənub-şərqindəki Benue ştatının Umogidi kəndində yaraqlıların törətdiyi qırğında azı 50 nəfər həlak olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə orqanlara istinadən “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, silahlılar kənd bazarına hücum edərək nizamsız atəş açıblar.

Hücumun səbəbləri ilə bağlı rəsmi versiya yoxdur, lakin səlahiyyətlilər qətliamın yerli fermerlər arasında torpaq münaqişəsi nəticəsində yarana biləcəyini ehtimal edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir