Misir Qəzza zolağındakı gərginliyi azaltmaq üçün ABŞ və İsraillə intensiv danışıqlar aparır
Misir Qəzza zolağı ətrafında yaranan gərginliyi azaltmaq üçün İsrail, ABŞ və Fələstin qrupları ilə intensiv məsləhətləşmələr aparır.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanala görə, Misir rəhbərliyi “mümkün qədər tez sakitliyi bərpa etmək üçün İsrail tərəfi, ABŞ və bəzi Fələstin qrupları ilə geniş danışıqlar aparır”.