Dünya Manşet

Estoniya müdafiə naziri Aİ hüdudlarından kənarda Ukrayna üçün mərmi alınmasına çağırır

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna üçün Avropadan kənarda sursat almağı nəzərdən keçirməlidir.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur “Postimees” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yanaşma Kiyevi qısa müddətdə lazımi sayda mərmi ilə təmin edəcək.

“Əsas məqsəd Avropa istehsalçılarının imkanlarını dəstəkləmək və gücləndirmək idi. Lakin, prinsipcə, avropalı istehsalçılar bir ildən sonra mərmi istehsal edə bilməyəcəklərini söyləyirlərsə, Ukraynaya bir milyon mərmi ehtiyacı olduğu üçün Avropadan kənarda da almağı istisna etməməliyik”, – o, müsahibəsində vurğulayıb.

Pevkur əlavə edib ki, bu halda Aİ fondundan sursat tədarükünü kompensasiya etmək üçün Avropa ölkələri ayrıca tender təşkil etməli olacaqlar. Belə ki, hazırda Fransa və Almaniya bu məsələni müzakirə edirlər

“Biz indi onların istehsalçılarından mərmiləri nə qədər tez ala biləcəkləri ilə bağlı danışıqlar aparırıq”, – nazir qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir