İdman

Premyer Liqa: “Qəbələ” bu gün “Zirə”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

“Zirvə yolu”nun məlumatına görə, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 30 dəfə qarşılaşıb. Bunların 10-da “qırmızı-qaralar”, 6-da “qartallar” qələbə qazanıblar. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də əyalət klubunun üstünlüyü var – 36:26.

“Qəbələ” son 4 oyunda qol vurub. “Zirə” son 12 səfər qarşılaşmasında qalib gəlməyib.

Azərbaycan Premyer Liqası
XXIX tur

7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun “Səbail” – “Sabah” və “Sumqayıt” – “Neftçi” oyunları aprelin 8-də, “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları isə aprelin 9-da olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir