Yevlax rayonunda qəzaya düşən şəxs 11 gün sonra xəstəxanada ölüb.
“Zirvə yolu”nun xəbərinə görə, hadisə martın 26-da şəhərin Nizami prospektində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “QAZ-322132” markalı, 02 BF 780 dövlət qeydiyyat nişanlı mikroavtobusla piyadalar – 1975-ci il təvəllüdlü Ələsgərova Səbinə Rafiq qızı və 1962-ci il təvəllüdlü Mirzəyeva Bəsdi Halay qızını vurub.
Nəticədə Səbinə Ələsgərova hadisə yerində, Bəsdi Mirzəyeva isə aprelin 6-da müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.