Dünya Manşet

Son sutkada Rusiya ordusu Ukraynaya 53 raket zərbəsi endirib

Son sutka ərzində Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna 53 raket zərbəsi endirib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, rus qoşunları əsas səylərini Liman, Baxmut, Avdiivka və Marin istiqamətlərinə yönəldib: “Son sutka ərzində bu istiqamətdə düşmənin 40-dan çox hücumu dəf edilib. Rusiya Belarusun hava məkanından istifadə edir. Baxmut istiqamətində düşmən hücum hərəkətlərini davam etdirir. Rusiya ordusu Baxmut şəhərini tam nəzarətə götürməyə çalışır. Şəhərdə şiddətli döyüşlər davam edir”.

Baş Qərargahın informasiyasına görə, Zaporojye və Xerson istiqamətində düşmən yeni müdafiə xətləri yaradır, yeni istehkamlar qurur.

Məlumata görə, son sutka ərzində Ukrayna ordusunun Hərbi Hava Qüvvələri işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib: “Bundan başqa, müdafiəçilərimiz müxtəlif təyinatlı 3 PUA-nı (“Orlan-10”, “Supercam” və “Lanset-3”), həmçinin 3 modifikasiya edilmiş aviasiya bombasını məhv ediblər. Eyni zamanda, raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 rayona, 2 yanacaq-sürtkü materialları anbarına və düşmənin elektron döyüş məntəqəsinə zərbələr endirib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir