Ötən gün qeydə alınan nəzərəçarpacaq ucuzlaşmadan sonra qızılın qiyməti artıb.
“Zirvə yolu” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,52 % və ya 10,5 ABŞ dolları bahalaşaraq 1 unsiyası 2 014,35 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,9 % artaraq 1 unsiyası 25,137 ABŞ dolları təşkil edib.
Qızılın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. Belə ki, ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,415 %-dən 3,404 % səviyyəsinə düşüb.