“Ölkə.Az” xəbər verir ki, bu barədə aktyorun yaxınları sosial şəbəkədə məlumat veriblər.
“Ötən gün Akademik Milli Dram Teatrının görkəmli aktyoru,sevinlen sənətçi Respublikanın əməkdar artisti Kazım Abdullayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla başa çatıb. Allahdan şəfa diləyirəm, yastığıniz yüngül olsun Əziz Kazım müəllim, hər zaman ayaq üstə olun, səhnədən, tamaşaçı sevgisindən uzaq düşməyin!”
Qeyd edək ki, Kazım Abdullayev 5 aprel 1953 – ci ildə Bakıda anadan olub.
Qeyd edək ki, aktyor “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə rolları ifa edib.
Ölkə.Az