Dünya Manşet

KİV: Şimali Koreya əsl raketləri qorumaq üçün paradda işləməyən QBR-ləri nümayiş etdirib

ABŞ kəşfiyyat analitikləri Şimali Koreyanın 8 fevral paradında nümayiş etdirdiyi qitələrarası ballistik raketlərin (QBR) “işlək olmayan sistemlər” olduğunu qənaətindədirlər.

“Zirvə yolu” “Reuters”ə istinadən xəbər verir ki, Şimali Koreya bunu ABŞ-yə nüvə təhlükəsini “təsvir etmək” və eyni zamanda özünün real QBR-lərini qorumaq üçün edib.

Qeyd olunub ki, agentlik ABŞ kəşfiyyatının sızmasından sonra “məxfi” və “tam məxfi” qrifli 50-dən çox sənədi gözdən keçirib.

Sənədlərin birində vurğulanıb ki, KXDR-in məqsədi “yəqin ki, ABŞ-yə yaxınlaşan nüvə təhlükəsini təsvir etmək” olub.

Mətbuatda yayılan məlumatlara görə, hazırda nazirliyin yüksək vəzifəli şəxsləri “sızmanın” arxasında kimin dayandığını bilmirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir