Dünya

Ağ evin Ukrayna məsələləri üzrə xüsusi müşaviri Dövlət Departamentinin mətbuat katibi təyin olunub

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri daha əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışmış və Ukrayna ilə bağlı məsələlər üzrə işləmiş Metyu Miller olacaq.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilib.

“Bu gün mən Metyu Milleri Dövlət Departamentinin növbəti sözçüsü təyin edirəm”, – Blinken bildirib.

O qeyd edib ki, Miller Rusiyanın Ukraynaya hərbi təcavüzü başladıqdan sonra MTŞ-də işləyib və xüsusən də ABŞ administrasiyasının “Ukraynanın suverenliyini və müdafiəsini dəstəkləmək” məqsədi daşıyan kommunikasiya və informasiya sferasında işinə cavabdeh olub.

Blinkenin sözlərinə görə, Miller “xarici siyasəti dərindən anlayır”. O həm də ABŞ Ədliyyə Nazirliyinin keçmiş sözçüsüdür.

Bundan əvvəl Ned Prays Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub. O, idarədə başqa işə keçib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir