İdman

FİFA-dan sabiq vitse-prezidentə ömürlük cəza

FİFA sabiq vitse-prezidenti Eugenio Fiqeredonu ömürlük cəzalandırıb.

Zirveyolu.info goal.az-a istinadən xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 87 yaşlı uruqvaylı futbol mütəxəssisi FİFA-nın etika kodeksini pozub. O, 2004-2015-ci illər aralığında müxtəlif turnirlərin teleyayım və marketinq hüquqlarının satışı zamanı rüşvət almaqda ittiham olunur.

FİFA Fiqeredonu ömürlük cəzalandırmaqla yanaşı, onu 1 milyon İsveçrə frankı məbləğində cərimə də edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir