Xəbər

Göygöldə qadın sürücü avtomobili aşırıb, xəsarət alanlar var

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Zirvə yolu”nun məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb.

Avtoqəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir