Dünya

Ərdoğan: “Zəlzələlərin dağıntılarının təmizlənilməsi aprelin 21-dək başa çatacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş vermiş silsilə zəlzələlərdən sonra Hatay istisna olmaqla, dağıntıların aradan qaldırılmasının aprelin 21-də bütün vilayətlərdə başa çatdırılacağını bildirib.

Bu barədə “Zirvə yolu” yerli KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, hazırda fəal şəkildə zəlzələdən zərər çəkənlər üçün yeni evlərin təməli qoyulur, 100 mindən çox mənzilin və kənd evlərinin tikintisinə də başlanılıb.

“Bayrama qədər (Ramazan-red) bir neçə kənd evini zəlzələdən zərər çəkənlərə təhvil verməyi planlaşdırırıq”, – Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Hataydan başqa bütün vilayətlərdə dağıntıların təmizlənməsi bayramdan əvvəl başa çatdırılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir