Dünya Manşet

Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 80-i ötüb

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar nəticəsində azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi açıqlayıb.

“Ordu ilə xüsusi təyinatlılar arasında döyüşlər başlayandan bəri azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb”, – təşkilatın nümayəndəsi bazar ertəsi gecə “Əl-Hadas” telekanalına bildirib.

O əlavə edib ki, “olaylardan öncə paytaxt Xartumdakı xəstəxanalara paylanan tibbi ləvazimatlar hazırda tükənib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir