Dünya Manşet

Kolumbiyada mədən partlaması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Kolumbiyanın Kukunuba şəhərində xilasedicilər bölgədəki kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşmüş hesab edilən 4 şaxtaçının meyitini tapıblar.

“Zirvə yolu” xəbər verir ki, bu barədə EFE bölgənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Daha öncə 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.

Kundinamarka qubernatoru Nikolas Qarsia Bustos tviterdə daha iki şaxtaçının meyitinin səthə çıxarıldığını təsdiqləyib.

İlkin məlumata görə, cümə axşamı baş verən partlayışa səbəb qazın yığılması olub. Hadisə baş verən zaman içəridə 11 şaxtaçı olub. Keçən ilin dekabrında milli mədən agentliyi mədəndə işlərin müvəqqəti qadağan edilməsi barədə göstəriş verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir