Dünya Manşet

Venesuela ABŞ-nin sanksiyaları səbəbindən 8 ildə 232 milyard dollar itirib

Venesuela Qərbin sanksiyaları səbəbindən səkkiz ildə 232 milyard dollar itirib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges “Venezolana de Television” dövlət telekanalının efirindəki “Beynəlxalq blokada şəraitində Venesuela iqtisadiyyatının bərpası üçün xalq birliyi” seminarında çıxış edərkən bildirib.

“2015-ci ildən bəri biz hər il təxminən 29 milyard dollar itiririk”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən sonra “Venesuela 232 milyard dollar itirib ki, bu da bəzi illərdə valyuta gəlirlərinin 99 %-ni itirməsi deməkdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir