İdman

Avropa çempionatında 6 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.

“Zirvə yolu” xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir