Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətini daha bir iştirakçı tərk edib.
“Qafqazinfo”nun məlumatına görə, 11 nəfərin mübarizə apardığı yarışmada aktyor Məcid Hüseynov SMS səsverməsinə çıxarılıb. O, 56,67 % səs toplayaraq şouda qalmağı bacarıb Aktyor Məcid Hüseynov hədəf olaraq aşıq Namiq Fərhadoğlunu göstərib və onu yarışmadan kənarlaşdırıb.
Qeyd edək ki, şouda mübarizəni bundan sonra aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər