İdman

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə start veriblər

Cüdo üzrə Azərbaycan millisi Qatarın paytaxtı Dohada baş tutacaq dünya çempionatına hazırlığın son mərhələsinə start verib.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, 22 apreldən Göygöl Olimpiya İdman Kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışı keçirilir.

Böyüklərdən ibarət yığma komandanın 42, gənclərdən ibarət yığma komandanın isə 32 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı 29 aprelədək davam edəcək. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev, Mehman Əzizov və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayev, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir