Xəbər

“Qəbələ Konserv Zavodu” cərimə olundu

“Qəbələ Konserv Zavodu”na inzibati qaydada cərimə yazılıb.

Zavod barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol araşdırılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilib.

İş baxılması üçün hakim Elman İsayevin icraatına verilib.

Protokol məhkəmə tərəfindən təsdiq olunarsa, zavod üç yüz manat məbləğində cərimə ediləcək.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.Demokrat.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir