“Masalardan butulkalar yığılır, partlayıcı qurğu axtarılır” – Paşinyan mühafizəsini gücləndirib
Ermənistanın baş naziri Nikol Paşinyan qorxduğu üçün özünün mühafizəsini daha da gücləndirib.
“Zirvə yolu” xəbər verir ki, Ermənistan parlamentinin üzvü Andranik Tevanyan feysbukdakı hesabında bildirib.
“Nikol Paşinyan parlamentə gələndə bina yarımhərbi struktura çevrilir. İclas zalında mühafizə işçilərinin sayı praktiki olaraq deputatların sayına bərabərdir. Masalardan butulkalar yığılır. Bu zaman dəhlizlərdə qulaqlarında müxtəlif cihazlar olan insanlar qaçır”, – deputat qeyd edib.
“Nikol Paşinyan harasa gedəndə onun avtomobil karvanı regionun ən böyük və ən ölümcül korteji olur. Hamilə qadının ölümü ilə nəticələnən toqquşma buna sübutdur.
Nikol Paşinyan Sisernakaberddə olarkən mühafizəçiləri güllərin arasında partlayıcı qurğu axtarırdılar.
Nikol Paşinyan da Markesin məşhur romanındakı patriarx kimi qorxur. Qorxur, çünki nə etdiyini və nə edəcəyini çox yaxşı bilir.
Nikol özünü mühakimə edib və bundan qorxur. O, öz sonunu Markesin başqa şah əsərində təsvir olunan variantda təsəvvür edir və bundan dəhşətə gəlir”, – Andranik Tevanyan vurğulayıb.