ABŞ Prezidenti Cozef Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24-də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
Amerika liderinin rəsmi iqamətgahından verilən məlumata görə, Yaponiyanın Xirosima şəhərində G7 ölkələri başçılarının görüşü zamanı Bayden “Yeddilik qrupunun Ukraynaya sarsılmaz dəstəyini” və ərzaq və iqlim böhranları müzakirə etməyi planlaşdırır.
Ağ Evin məlumatına görə, Sidneydə ABŞ Prezidenti iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək.