Pakistanın Sind əyalətində yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində azı 9 nəfər ölüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Geo TV” polisə istinadən məlumat yayıb.
Məlumata görə, insident əyalətin cənubunda yerləşən Tatta şəhərinin Çaliya rayonunda baş verib. Yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər yerindəcə, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polisin məlumatına görə, yük maşınının sürücüsü qəza yerindən qaçıb.