Daşkəsəndə döyülmə faktı qeydə alınıb.
“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Alunitdağ qəsəbə sakini, 1968-ci il təvəllüdlü Bayramova Lətifə Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymıtləndirilir. Qadının sözlərinə görə, o, mübahisə zəminində qonşuları tərəfindən döyülüb.