Dünya Manşet

Türkiyənin vitse-prezidenti: “Ərdoğanın səhhəti çox yaxşıdır”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.

“Zirvə yolu” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay əlavə edib.

Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir