Ukraynalı hakerlər İran və Rusiyanın konfransına müdaxilə edib: “UTX hamınızın qapısını döyəcək”
Hakerlər “Dəyişən dünyada Rusiya-İran əməkdaşlığı” ekspert konfransının yayımını müdaxilə edərək iştirakçılarını hədələyiblər.
“Zirvə yolu” xəbər verir ki, hadisənin görüntüləri teleqramın ukrain seqmentində yayılıb.
“Rosatom”un dəstəyi ilə təşkil olunan konfrans aprelin 25-də keçirilib. Orada həmçinin Rusiya Dövlət Dumasının deputatı Konstantin Zasulin, İranın Rusiyadakı səfiri Kazım Cəlali, Rusiya hökumət aparatının əməkdaşları və ekspertlər iştirak ediblər.
Konfrans zamanı bir haker “Zoom” vasitəsilə gerçəkləşdirilən yayıma qoşularaq “Ukrayna tərəfini dəvət etdiklərinə, daha doğrusu, Ukrayna Təhlükəsizlik Xidmətinin bu tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara təşəkkür etmək” istədiyini bildirib.
“Narahat olmayın, UTX (Ukrayna Təhlükəsizlik Xidməti – red.) hər bir hərbi cinayətkarın və onların şəriyinin qapısını döyəcək, buna görə də hazır olun, vəsiyyət yazın, var-yoxunuzu uşaqlarınız və arvadlarınıza qoyun”, – anidən qoşulan haker deyib.
O həmçinin İranın Rusiyaya dronların çatdırılmasına “cavab verəcəyini” və hər bir konfrans iştirakçısının “Mirotvorets”ə daxil ediləcəyini və bir daha heç bir sivil ölkəyə getməyəcəyini” vəd edib.
Qeyd edək ki, “Mirotvorets” (ukraincədən tərc. “sülhməramlı”) Ukrayna əleyhinə müəyyən fəaliyyət göstərmiş şəxslərin məlumat bazasıdır. Portal əsasən qeyri-qanuni (fişinq, hakinq və s.) yolla toplanmış şəxsi məlumatlardan ibarətdir.