Filippinin Korreqidor adasında Syerra-Leone bayraqlı gəmi Marşal Adaları bayrağı altında üzən tankerlə toqquşub, iki nəfər ölüb.
Bu barədə “Zirvə yolu” Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Açıqlamaya görə, “MV Hong Hai 189” gəmisi artıq batıb.
Qeyd olunub ki, xilas edilən 16 nəfərdən biri, filippinli təhlükəsizlik işçisi xəstəxanada ölüb.
Axtarış nəticəsində digər cəsəd aşkarlanıb.