21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunda iki yoldaşlıq oyunu keçirəcək.
“Zirvə yolu” AFFA-dan verilən məlumata görə xəbər verir ki, komanda Türkiyə və Qırğızıstanla qarşılaşacaq.
Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə üç gün sonra Bakıda təşkil olunacaq.